“Azərbaycanda multikulturalizm və dünyəviliyin ortaq dəyərləri”

Posted by

"Azərbaycanda multikulturalizm və dünyəviliyin ortaq dəyərləri" “Azərbaycanda multikulturalizm və dünyəviliyin ortaq dəyərləri”

"Azərbaycanda multikulturalizm və dünyəviliyin ortaq dəyərləri"

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən layihə çərçivəsində İsveçrənin Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzi tərəfindən hazırlanan “Azərbaycanda multikulturalizm və dünyəviliyin ortaq dəyərləri” sərhlövhəli məqalə İsveçrənin rusdilli “Наша Газета” xəbər saytında işıq üzü görüb (http://www.nashagazeta.ch/news/politica/18755).

 

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məqalədə Mərkəzin beynəlxalq əlaqələr üzrə direktor müavini Daniel Varner və layihə koordinatoru xanım Lidia Amberqin 14-17 dekabr 2014-cü il tarixlərində Bakıya etdikləri səfər və keçirdikləri görüşlər haqqında təəsüratları əksini tapıb.

 

Məqalədə Şura haqqında ümumi məlumat verilib və qurumun Azərbaycanda QHT sektorunun inkişafında mühüm rol oynadığı qeyd olunub. Təşkilat nümayəndələri öncə Cənubi Qafqazda ən qabaqcıl təhsil ocaqlarından olan ADA Universtetini ziyarət edərək tələbələr üçün yaradılan şəraitlə tanış olublar. Daha sonra Şura əməkdaşlarının yardımı ilə D.Varner və xanım L.Amberq Bakıda yerləşən müxtəlif dini qurumları ziyarət ediblər. Katolik kilsəsinin keşişi Vladimir Fekita 2002-ci ildə mərhum Roma papası II Pavelin Azərbaycana baş tutan səfəri haqqında məlumat verib. V.Fekitanın sözlərinə görə, bu səfərdən sonra ümummilli lider Heydər Əliyev Katolik kilsəsinin tikintisi üçün yerin ayrılması barədə sərəncam verib. V.Fekita qeyd edib ki, o, Katolik kilsəsinin keşişi olaraq hər cür qayğı ilə əhatə olunub və müsəlman, yəhudi icmalarındakı həmkarları ilə daima görüşür və gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparır.

 

D.Varner və L.Amberq məqalədə 2003-cü ildən fəaliyyət göstərən aşkinaz yəhudilərin sinaqoqunda onların Bakı icmasının rəhbəri Qennadi Zelmanoviçlə keçirdikləri görüş haqqında da fikirlərini bildiriblər. Q.Zelmanoviç ölkəmizdə tolerantlıq və dinlərarası münasibətlərin yüksək səviyyədə olmasını xüsusi qeyd edib.

 

Məqalədə ölkəmizdə ümumilikdə 30 minə yaxın yəhudinin yaşadığı barədə məlumat verilir və hər iki qonağın səfər zamanı 2011-ci ildən fəaliyyət göstərən dağ yəhudilərinin sinaqoqunda olduğu qeyd olunub.

 

D.Varner və L.Amberq Təzəpir məscidinin axundu Hacı Fayiz Nağızadə ilə görüş haqqında da təəssüratlarını bildirərək ondan ölkə müsəlmanlarına dair statistik məlumatlar aldıqlarını qeyd ediblər.

 

Azərbaycanda Bakı İslam Universitetinin fəaliyyət göstərdiyini bildirən Hacı Fayiz ölkəmizdə dinin dövlətdən ayrı olduğunu, müsəlmanlar və digər konfessiyaların nümayəndələri arasında yaxın münasibətlərin mövcudluğunu vurğulayıb.

 

D.Varner səfəri zamanı bir daha Azərbaycanın sürətlə inkişaf etdiyinin şahidi olduğunu bildirib və məqaləni “Lakin bundan da vacib odur ki, dünyada baş verənlərə baxmayaraq, ölkədə multikulturalizm və dünyəvilik kimi dəyərlərə böyük önəm verilir” fikri ilə bitirib.

 

Trend.az