Azərbaycanda mobil cihazların elektron qeydiyyatının aparılması qaydası müəyyənləşib

Posted by

Azərbaycanda mobil cihazların elektron qeydiyyatının aparılması qaydası müəyyənləşib

Azərbaycanda mobil cihazların elektron qeydiyyatının aparılması qaydası müəyyənləşib

Azərbaycanda mobil cihazların elektron qeydiyyatının aparılması qaydası müəyyənləşib

Oğurlanan və itən mobil telefonların nömrəsinə “bu mobil cihaz itirilmişdir, yaxınlıqdakı polisə könüllü surətdə təqdim etməyiniz xahiş olunur” qısa mesajı göndəriləcək

 

Nazirlər Kabineti “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər edib.

 

APA-nın verdiyi məlumata görə, indiyə qədər şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması üçün həmin mobil cihazı ölkəyə gətirən şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən bilavasitə qeydiyyat mərkəzinə və ya mobil operatorların müştəri xidmətlərinə, yaxud poçt şöbəsinə müraciət edilib.

 

Müraciət edən şəxs şəxsiyyətini təsdiq edən sənədin əslini (xarici ölkənin vətəndaşı olduqda isə pasportunun əslini) qeydiyyat mərkəzinə (mobil operatorların müştəri xidmətlərinə və ya poçt şöbəsinə) baxış üçün təqdim edib, gətirdiyi mobil cihazın markasını, modelini və İMEİ nömrəsini bildirməklə yanaşı, mobil cihazının qeydiyyata alınması üçün ərizə formasını (3 nömrəli əlavə) doldurub. Qeydiyyat mərkəzinin (mobil operatorların müştəri xidmətlərinin və ya poçt şöbəsinin) nümayəndəsi müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surətini çıxarıb və həmin surətə “əsli ilə düzdür” möhürünü vurub.

 

Dəyişikliyə əsasən, bundan sonra hüquqi və ya fiziki şəxslər mobil telefon cihazlarından Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən mobil (sellülar) telekommunikasiya operatorları ilə birgə təşkil edilmiş vahid nömrəyə qısa mesaj (SMS) göndərməklə, mobil cihazların İMEİ nömrələrinin mövcud statusu barədə məlumat alacaqlar. Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması şəxsin istəyinə uyğun olaraq həm elektron, həm də yazılı müraciət etmə üsulları ilə aparılacaq. Elektron müraciətetmə üsulu “Elektron hökumət” portalına daxil olaraq müvafiq avtorizasiya prosesini keçməklə, mobil cihaza dair məlumatların daxil edilməsi yolu ilə yerinə yetiriləcək. Yazılı müraciət etmə üsulu mobil cihazı ölkə ərazisinə gətirən şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən bilavasitə qeydiyyat mərkəzinə və ya mobil operatorların müştəri xidmətlərinə, yaxud poçt şöbəsinə müraciət edilməklə yerinə yetiriləcək. Müraciət edən şəxs şəxsiyyətini təsdiq edən sənədin əslini qeydiyyat mərkəzinə (mobil operatorların müştəri xidmətlərinə və ya poçt şöbəsinə) baxış üçün təqdim edib, gətirdiyi mobil cihazın markasını, modelini və İMEİ nömrəsini bildirməklə yanaşı, mobil cihazın qeydiyyata alınması üçün ərizə formasını dolduracaq.

 

Satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə mobil cihazları ölkəyə idxal edən hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilmiş məlumatların qeydiyyat mərkəzi tərəfindən araşdırılması üçün müəyyənləşmiş 3 iş günü 2 iş gününə endirilib. Bu məlumatlar 2 iş günü ərzində Dövlət Gömrük Komitəsi tərəfindən MCQS-ə elektron formada göndərilən İMEİ nömrələri ilə müqayisə ediləcək. Sənədlərdə çatışmazlıq olmadıqda, habelə təqdim edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmədikdə ərizədə göstərilmiş İMEİ nömrələri dərhal ağ səhifəyə daxil ediləcək və bu barədə ərizəçiyə qeydiyyat mərkəzi tərəfindən yazılı məlumat veriləcək.

 

Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması üçün həm elektron, həm də yazılı müraciət etmə üsullarında təqdim edilmiş məlumatların qeydiyyat mərkəzi tərəfindən araşdırılması da 3 iş günündən 2 iş gününə endirilib. Sənədlərdə çatışmazlıq olmadıqda, habelə təqdim edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmədikdə və bu Qayda ilə müəyyən olunmuş tələblərə riayət edildikdə, ərizədə göstərilmiş İMEİ nömrələri dərhal ağ səhifəyə və ya uyğunlaşdırılmış ağ səhifəyə daxil edilir və bu barədə abunəçiyə qısa mesajla məlumat veriləcək.

 

İndiyə qədər mobil cihaza mobil operatorların şəbəkələrindən xidmət göstərilməsinin məhdudlaşdırılması üçün müraciət edən şəxs tərəfindən verilmiş məlumatlar qeydiyyat mərkəzində MCQS-də qeydiyyatda olan məlumatlarla müqayisə olunub və uyğunsuzluq aşkar edilmədiyi halda, mobil cihazın İMEİ nömrəsi dərhal qara səhifəyə daxil edilib. Bundan sonra əgər mobil telefon cihazı itirilərsə və ya oğurlanarsa, bu halda İMEİ nömrəsi qara səhifəyə daxil edilməzdən əvvəl, həmin İMEİ nömrəli mobil telefon cihazı ilə istifadə edilən nömrəyə “bu mobil cihaz itirilmişdir, yaxınlıqdakı polisə könüllü surətdə təqdim etməyiniz xahiş olunur” qısa mesajı da göndəriləcək.

 

Apa.az