Azərbaycanda müəllimlərin peşə standartları hazırlanacaq
Azərbaycanda müəllimlərin peşə standartları hazırlanacaq.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb.
Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulub.
Xidmətlərin məqsədi ümumtəhsil məktəblərinin müəllimləri üçün yeni peşə standartları hazırlamaqdır. Yeni standartlar peşə fəaliyyətinin bütün mərhələlərində təcrübəli və yeni müəllimlərə tətbiq olunacaq.
Xidmətlərin icra müddəti 2014-cü ilin sentyabr ayından 2015-cı ilin fevral ayına qədər olan müddəti əhatə edir.
Təhsil Nazirliyi qeyd olunan tapşırığın həyata keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər.
Maraqların ifadəsi yazılı şəkildə 30 iyun 2014-cü il tarixinə qədər Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihəyə və Təhsil Nazirliyinə təqdim olunmalıdır.
Trend.az