Azərbaycanda mülkiyyət münasibətləri yeni qaydalarla tənzimlənəcək

Posted by

Azərbaycanda mülkiyyət münasibətləri yeni qaydalarla tənzimlənəcək

Azərbaycanda mülkiyyət münasibətləri yeni qaydalarla tənzimlənəcək

Azərbaycanda mülkiyyət münasibətləri yeni qaydalarla tənzimlənəcək

Nazirlər Kabineti “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında qərarında dəyişikliklər edib.

 

APA-nın verdiyi məlumata görə, dəyişikliyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilən elektron xidmət növlərinin sayı artırılıb.

 

Bundan sonra Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanda yeni mülkiyyət münasibətləri – uzufrukt və servitutla müraciət və sənədlər elektron qaydada qəbul edəcək, bu sahədə hüquqları dövlət qeydiyyatına alacaq.

 

Qeyd edək ki, uzufrukt bütövlüyü, dəyəri saxlanılmaqla, başqasına məxsus əmlakdan istifadə etmək, onu idarə etmək hüququdur. Servitut isə daşınmaz əmlak sahibinin (torpaq sahəsi və digər daşınmaz əmlak) qonşuluqdakı torpaq sahəsinin sahibindən, zəruri hallarda qonşuluqdakı digər torpaq sahiblərindən bu torpaqlardan məhdud istifadə etməyi tələb etmək hüququdur. Servitut torpaq sahibinin qonşuluqdakı torpaq sahəsindən öz torpaq sahəsinə keçmək üçün istifadə etməsi, boru və elektrik xətti gətirmək, suvarma, meliorasiya və digər zəruru ehtiyaclar üçün vacibdir.

 

Servitut qonşu torpaq sahibləri arasında qarşılıqlı razılaşmaya əsaslanır və dövlət qeydiyyatından keçir. Qonşusunun marağına əsasən servitutla torpağından məhdud miqyasda istifadə edilən torpaq sahibi qonşusundan müvafiq ödəniş tələb edə bilər. Əgər qonşular servitutla bağlı razılığa gələ bilmirlərsə, məsələ məhkəmə yolu ilə həllini tapmalıdır.

 

 

Dövlət Əmlak Komitəsinin təqdim etdiyi elektron xidmət növlərinin siyahısına məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların qeydiyyatının ləğvi də əlavə olunub.

 

Apa.az