Azərbaycanda mədəni sərvətlərdən güzəştli qaydada istifdə edəcək əhali kateqoriyaları və güzəştli istifadə qaydaları müəyyənləşib

Posted by

Azərbaycanda mədəni sərvətlərdən güzəştli qaydada istifdə edəcək əhali kateqoriyaları və güzəştli istifadə qaydaları müəyyənləşibAzərbaycanda mədəni sərvətlərdən güzəştli qaydada istifdə edəcək əhali kateqoriyaları və güzəştli istifadə qaydaları müəyyənləşib

Azərbaycanda mədəni sərvətlərdən güzəştli qaydada istifdə edəcək əhali kateqoriyaları və güzəştli istifadə qaydaları müəyyənləşib

Nazirlər Kabineti “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”nı təsdiq edib.

 

APA-nın məlumatına görə, bu Qayda mədəni sərvətlərdən güzəştli istifadə dövlət və bələdiyyə mülkiyyətində, həmçinin qarşılıqlı razılaşma əsasında xüsusi mülkiyyətdə olan mədəniyyət müəssisələrində qorunan və ya nümayiş etdirilən mədəni sərvətlərdən həmin şəxslərin Mədəniyyət və Turizm Nazirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılığı tələb olunmadan qeyri-kommersiya məqsədləri üçün ödənişsiz faydalanmasını nəzərdə tutur və bu Qaydaya uyğun həyata keçirilir.

 

 

 

Azərbaycanda yaşayan aztəminatlı ailələrin üzvləri, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları mədəni sərvətlərdən güzəştli istifadə üçün mədəni sərvətlərin qorunmasını və ya nümayişini həyata keçirən dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət müəssisəsinin rəhbərinə ərizə ilə müraciət etməlidirlər. Xüsusi mülkiyyətdə olan mədəniyyət müəssisələrində qorunan və nümayiş etdirilən mədəni sərvətlərdən güzəştli istifadə üçün mülkiyyətçinin razılığı əsasında həmin müəssisənin rəhbərinə müraciət edilir. Ərizəyə aztəminatlı ailələrin üzvləri tərəfindən rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzində yaradılmış komissiya tərəfindən ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə qərarın surəti, , əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar tərəfindən tibbi-sosial ekspert komissiyası tərəfindən verilmiş arayışın surəti, müharibə iştirakçıları tərəfindən hərbi bilet və ya müharibə veteranı vəsiqəsinin surəti və bu şəxslərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilməlidir.

 

 

 

Mədəni sərvətlərin qorunmasını və ya nümayişini həyata keçirən dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət müəssisəsi tərəfindən güzəştli istifadə şamil olunan şəxslərin və müvafiq sənədlərin siyahısı hər kəs üçün aydın görünən lövhələrdə yerləşdirilməlidir. Dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət müəssisələrindəkimədəni sərvətlərin istifadəsi öz tarixi və bədii təyinatına uyğun həyata keçirilməlidir. Mədəni sərvətlərin tarixi və bədii təyinatı ilə bir araya sığmayan tərzdə istifadə edilməsinə və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun tələblərinə əməl edilməklə, mülkiyyətçisinin və ya istifadəçisinin razılığı olmadan mədəni sərvətlərin surətinin çıxarılması (hazırlanması), habelə onlardan turizm, ekskursiya və reklam məqsədi ilə istifadə edilməsinə yol verilmir.

 

 

Apa.az