Azərbaycanda mart pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb

Posted by

. Dövlət Sosial Müdafiə Fondu (DSMF) mart ayı üzrə pensiyaların maliyyələşdirilməsini başa çatdırıb.

«APA-Economics»in xəbər verdiyi kimi, bunu DSMF-nin sədri Elman Mehdiyev bildirib.

E.Mehdiyevin sözlərinə görə, mart ayı üzrə pensiyaların maliyyələşdirilməsinin Novruz bayramınadək yekunlaşdırılması planlaşdırılırdı. Buna uyğun olaraq artıq pensiyaların maliyyələşməsi bütün ölkə üzrə tam başa çatdırılıb və müvafiq vəsaitlər pensiyaçıların hesablarına köçürülüb.

«Ümumilikdə, bu ilin yanvar və fevral aylarında da pensiyaların maliyyələşdirilməsində heç bir problem müşahidə olunmayıb», – deyə Fondun sədri qeyd edib.

DSMF-dən verilən məlumata görə, 2014-cü il yanvarın 1-nə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 277 053 nəfər olub. Onlardan 62%-i yaşa görə, 27,3%-i əlilliyə görə, 10,7%-i ailə başçısını itirməyə görə əmək pensiyası alır.

Apa.az