Azərbaycanda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi hazırlanıb

Posted by

Əlilliyi olan şəxslərlə bağlı milli qanunvericiliyin BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğunlaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi hazırlanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, konvensiyada əksini tapan müddəaların həyata keçirilməsi məqsədilə “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı”nın layihə sənədi müvafiq təşkilatlarla birgə müzakirə mərhələsindədir.

Hər iki layihədə əlilliyi olan şəxslərin bir sıra sosial təminatları ilə yanaşı, onların cəmiyyətin tam hüquqlu və bərabər üzvləri kimi ayrı-seçkilikdən müdafiə olunması, məşğulluq imkanlarının genişləndirilməsi, onlara digər insanlarla bərabər şəkildə təhsil almaq və öz intellektual, yaradıcılıq, fiziki potensiallarını reallaşdırmaq imkanının yaradılması, mövcud infrastrukturun həmin şəxslər üçün müyəssərliyinin təmin edilməsi və s. kimi məsələlər yer alıb.

Qeyd edək ki, Azərbaycan BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına 2008-ci ilin 2 oktyabrında qoşulub. Əlilliyi olan şəxslərlə bağlı milli qanunvericiliyin BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğunlaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi hazırlanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, konvensiyada əksini tapan müddəaların həyata keçirilməsi məqsədilə “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı”nın layihə sənədi müvafiq təşkilatlarla birgə müzakirə mərhələsindədir.

Hər iki layihədə əlilliyi olan şəxslərin bir sıra sosial təminatları ilə yanaşı, onların cəmiyyətin tam hüquqlu və bərabər üzvləri kimi ayrı-seçkilikdən müdafiə olunması, məşğulluq imkanlarının genişləndirilməsi, onlara digər insanlarla bərabər şəkildə təhsil almaq və öz intellektual, yaradıcılıq, fiziki potensiallarını reallaşdırmaq imkanının yaradılması, mövcud infrastrukturun həmin şəxslər üçün müyəssərliyinin təmin edilməsi və s. kimi məsələlər yer alıb.

Qeyd edək ki, Azərbaycan BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına 2008-ci ilin 2 oktyabrında qoşulub.

Apa.az