Azərbaycanda KİV-in məsuliyyətini artıran qanuna dəyişiklik qəbul edildi

Posted by

Azərbaycanda KİV-in məsuliyyətini artıran qanuna dəyişiklik qəbul edildiAzərbaycanda KİV-in məsuliyyətini artıran qanuna dəyişiklik qəbul edildi

Azərbaycanda KİV-in məsuliyyətini artıran qanuna dəyişiklik qəbul edildi

Azərbaycanda kütləvi informasiya vasitələrinin (KİV) istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılması hallarında müvafiq dəyişikliklər edilib.

 

Trend-in məlumata görə, “Kütləvi informasiya vasitələri haqqında” qanuna edilən yeni dəyişikliklərə əsasən, KİV artıq məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində 2 dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Hazırkı qanunda isə iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı 3-ə bərabərdir.

 

Sözügedən dəyişikliyin edilməsi barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilərək qəbul olunub.

 

Trend.az