Azərbaycanda İKT sahəsində ilk qrant müsabiqəsi elan edilib

Posted by

Azərbaycanda İKT sahəsində ilk qrant müsabiqəsi elan edilib

 

Azərbaycanda İKT sahəsində ilk qrant müsabiqəsi elan edilib

Azərbaycanda İKT sahəsində ilk qrant müsabiqəsi elan edilib

 

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu qrant maliyyələşmənin verilməsi məqsədi ilə startap-layihələrin ilk müsabiqəsini elan edib. Trend-in məlumatına görə, bu barədə fondun cümə axşamı rəsmi mətbuatda dərc edilmiş məlumatında deyilir.

Müsabiqədə iştirak etmək üçün sənədlər 2014-cü il aprelin 2-dən mayın 2-dək qəbul ediləcək. Sənədlər həm kağız, həm də elektron formada (е-imzadan istifadə etməklə), elektron poçtla – [email protected], elektron daşıyıcılarla və fondun saytında yerləşdirilən е-qrant sistemi (ictfund.gov.az) vasitəsilə qəbul edilir. Əlavə məlumat almaq üçün (+99412) 538-37-87 nömrəli telefona müraciət etmək olar.

Təqdim edilmiş layihələr növbəti prioritetli parametrlər üzrə qiymətləndiriləcəklər: proqressiv İKT proqram və innovasiya məhsullarının hazırlaması, innovasiya texnologiyalarının və infrastrukturun inkişafı, həmçinin onların kommersiyalaşması, müasir texnologiyalar əsasında məlumat şəbəkələrinin yaradılması, IT-xidmətlərin və internet xidmətlərinin genişləndirilməsi.

Müsabiqəyə təqdim edilən layihələr fondun Müşahidə Şurasının meyarları üzrə təsdiq edilmiş ekspert qrupu tərəfindən qiymətləndiriləcək.

Qrantın maksimum məbləği 300 min manat (36 ay müddətinə) təşkil edə bilər. Kiçik qrantlar 10-100 min manat, orta qrantlar 100-200 min manat, iri qrantlar 200-300 min manat həcmində nəzərdə tutulub.

Fonddan deyiblər ki, 2014-cü ildə informasiya texnologiyalarına (İT) 5 milyon manat yardım ayrılacaq. Vəsaitlər yaxın vaxtlarda Fonda daxil olacaq.

Qrant vəsaitləri Fonddan birbaşa ayrılacaq, kreditlər isə müvəkkil kredit təşkilatları vasitəsilə bölüşdürüləcək.

Kreditlər illik 5 faiz dərəcəsi ilə 10 il müddətinə təqdim ediləcək. Kreditin maksimum məbləği 5 milyon manat təşkil edə bilər.

 

Trend.az