Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətləri ilə bağlı qanunlara dəyişiklik edilir
Azərbaycanda “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlara dəyişiklik edilməsi nəzərdə tutulur.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, qanunlara edilən dəyişiklərin əsas məqsədi kəşfiyyat və əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətlərini “Dövlət sirri haqqında” Azərbaycan Respublikası qanununa uyğunlaşdırmaqdır.
Beləki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunun 7-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, öz qulluq mövqeyinə görə dövlət sirri təşkil edən məlumatlar, sənədlər və texniki vasitələrlə işləməyə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin “Dövlət sirri haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq keçirilməsi nəzərdə tutulur.
Mövcud qanunda olan həmin maddədə isə öz qulluq mövqeyinə görə dövlət sirri təşkil edən məlumatlar, sənədlər və texniki vasitələrlə işləməyə buraxılacaq şəxslərin öyrənilməsi qeyd olunub.
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun 6-cı maddəsinə nəzərdə tutulan dəyişikliyə əsasən, öz qulluq mövqeynə görə məxfi məlumatlara və ya xüsusi icazə tələb edən işlərə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin “Dövlət sirri haqqında” qanuna uyğun olaraq keçirilməsi nəzərdə tutulur.
Mövcud qanunda isə öz qulluq mövqeyinə görə məxfi məlumatlara və ya xüsusi icazə tələb edən işlərə buraxılacaq şəxslərin öyrənilməsi qeyd edilib.
Qeyd edək ki, hər iki qanun layihəsi parlamentin iyunun 20-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Trend.az