Azərbaycanda istehsalatda baş vermiş bədbəxt hadisələrə və peşə xəstəliyinə görə sığorta hadisəsinin müəyyən olunması halları artırıldı

Posted by

Azərbaycanda istehsalatda baş vermiş bədbəxt hadisələrə və peşə xəstəliyinə görə sığorta hadisəsinin müəyyən olunması halları artırıldı.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirə edilən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna edilən yeni dəyişikliklərə əsasən, müvafıq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnaməyə əsasən də sığorta hadisəsi müəyyən oluna bilər.

Layihəyə əsasən, sığortaçı sığorta ödənişini bu qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Trend/az