Azərbaycanda ilk dəfə olaraq alimlərə “Qızıl medal”lar veriləcək

Posted by

Azərbaycanda ilk dəfə olaraq alimlərə “Qızıl medal”lar veriləcəkAzərbaycanda ilk dəfə olaraq alimlərə “Qızıl medal”lar veriləcək

Azərbaycanda ilk dəfə olaraq alimlərə “Qızıl medal”lar veriləcək

Bu ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri “Qızıl medal” alacaqlar.

 

APA-nın xəbərinə görə, AMEA prezidenti Akif Әlizadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, akademiya tərəfindən alimlər üçün “Qızıl medal” təsis edilib.

 

“Qızıl medal”ların iki alimə veriləcəyini deyən AMEA prezidentinin sözlərinə görə, bu medalların biri azərbaycanlı alimə, digəri isə xarici alimə veriləcək: “Bu ilin aprel ayında Rəyasət Heyətinin ümumi yığıncağında “Qızıl medal”lar ilk dəfə olaraq ən yüksək elmi nailiyyətə görə təqdim ediləcək. Bu medallar Rəyasət Heyəti tərəfindən təsdiq olunan alimlərə veriləcək”.

 

Ötən il Azərbaycanın görkəmli alimlərinin adına mükafatların təsis edildiyini də xatırladan AMEA prezidenti vurğulayıb ki, bu yaxınlarda akademiyanın adlı mükafatlarına təqdimatların verilməsi barədə elan veriləcək.

 

Apa.az