Azərbaycanda hüquqi şəxslərin bəzi xətalarına görə inzibati məsuliyyətə cəlb etmə müddətləri müəyyənləşdirilir

Posted by

Azərbaycanda hüquqi şəxslərin bəzi xətalarına görə inzibati məsuliyyətə cəlb etmə müddətləri müəyyənləşdirilirAzərbaycanda hüquqi şəxslərin bəzi xətalarına görə inzibati məsuliyyətə cəlb etmə müddətləri müəyyənləşdirilir

Azərbaycanda hüquqi şəxslərin bəzi xətalarına görə inzibati məsuliyyətə cəlb etmə müddətləri müəyyənləşdirilir

Azərbaycanda hüquqi şəxslərin bəzi xətalarına görə inzibati məsuliyyətə cəlb etmə müddətləri müəyyənləşdirilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslərlə yanaşı, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri də bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunacaqlar.

Layihəyə görə, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının fəaliyyət göstərməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri olan məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vasitələrinin və ya digər əmlakın leqqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.

Məcəllənin hazırkı variantında isə qeyd olunan hallara görə inzibati tənbehin müddəti müəyyənləşdirilməmişdi. Hazırkı Məcəlləyə görə, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.

Qeyd edək ki, təklif olunan dəyişikliklər Milli Məclisin oktyabrın 28-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

 

Trend.az