Azərbaycanda hansı tələbələrinin fərqlənmə diplomu ala biləcəyi açıqlandı

Posted by

Azərbaycan Təhsil Nazirliyi ali məktəbi bitirən məzunlara fərqlənmə diplomunun verilməsi üçün tələb olunan əsas şərti açıqlayıb.

Trend xəbər verir ki, Təhsil Nazirliyinin rəsmi “facebook” səhifəsində izləyicilərin sualları cavablandırılarkən bildirilib ki, ali təhsil müəssisəsi məzunlarının bütün fənlər üzrə qiymətlərinin 75 faizindən çoxu “əla”, digərləri isə “yaxşı” olduğu halda onlara fərqlənmə diplomu verilir.

Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na uyğun olaraq, konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə təhsil alanların biliyi aşağıdakı kimi qiymətləndirilir: tələbə 51 baldan aşağı topladıqda “qeyri-kafi” – F, 51-60 bal topladıqda “qənaətbəxş” – E, 61-70 bal topladıqda “kafi” – D, 71-80 bal topladıqda “yaxşı” – C, 81-90 bal topladıqda “çox yaxşı”- B, 91-100 bal topladıqda “əla” – A alır.

Bu qərar respublikanın bütün ali təhsil müəssisələrinə şamil edilir.

Trend.az