Azərbaycanda görmə qabiliyyəti məhdud və itirilmiş insanlar üçün yenilik

Posted by

Azərbaycanda görmə qabiliyyəti məhdud və itirilmiş insanlar üçün yenilikAzərbaycanda görmə qabiliyyəti məhdud və itirilmiş insanlar üçün yenilik

Azərbaycanda görmə qabiliyyəti məhdud və itirilmiş insanlar üçün yenilik

Azərbaycanda görmə qabiliyyəti məhdud və itirilmiş insanlar üçün “Brayl əlifbası haqqında” qanun layihəsi qəbul oluna bilər.

 

Milli Məclisin Sosial siyasət komissiyasının üzvü Məlahət İbrahimqızı Trend-ə bildirib ki, parlamentin yaz sessiyasında bununla bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edəcək.

 

Millət vəkili qeyd edib ki, Azərbaycanda həssas sosial qrup insanlarla bağlı dövlət tərəfindən çox böyük işlər görülür, güclü sosial siyasət formalaşıb: “Lakin hələ də bəzi boşluqlar var və bunlardan biri də görmə qabiliyyəti məhdud olan insanların istifadə etdiyi Brayl əlifbasıdır. O əlifba haqqında dünyanın bir çox ölkələrində qanun var. Əlifbanın istifadəsi qanunla tənzimlənməlidir. Azərbaycanda hələ belə bir qanun qəbul olunmayıb”.

 

M.İbrahimqızı vurğulayıb ki, bu gün dünyada bununla bağlı kifayət qədər praktika var və bunun Azərbaycanda da tətbiqi o qədər də çətin deyil: “Görmə qabiliyyəti məhdud və ya itirilmiş insanlarla bağlı Azərbaycanın dövlət siyasəti formalaşıb, dövlət proqramları həyata keçirilir. Bu baxımdan buna uyğun qanunun qəbul olunması problemli məsələ deyil”.

 

Trend.az