Azərbaycanda gömrük rəsmiləşdirməsinin müddəti üç dəfə azaldılır

Posted by

Azərbaycanda gömrük rəsmiləşdirməsinin müddəti üç dəfə azaldılır

Azərbaycanda gömrük rəsmiləşdirməsinin müddəti üç dəfə azaldılır

Azərbaycanda gömrük rəsmiləşdirməsinin müddəti üç dəfə azaldılır

Azərbaycanda idxal-ixrac əməliyyatları zamanı yüklərin gömrük rəsmiləşdirilməsinin müddəti üç dəfə azaldılacaq. Trend-in məlumatına görə, bu barədə jurnalsitlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bidlirib.

O, qeyd edib ki, Dövlət Komitəsi bəzi normativ aktların dəyişdirilməsi ilə bağlı hökumətə təkliflər zərfi hazırlayıb: “Bu iş dövlət başçısının sahibkarlığın inkişafına dair əlavə tədbirlər haqqında sərəncamına uyğun olaraq həyata keçirilir və belə ən mühüm yeniliklərdən biri gömrük rəsmiləşdirməsinin vaxtının azaldılması haqqında təklifdir. Məlum olduğu kimi, bu, hazırda 72 saat təşkil edir və biz onun 24 saatadək azaldılmasını təklif edirik”.

A.Əliyev əlavə edib ki, bu, kənd təsərürfatı istehsalçılarını dəstəkləməyə imkan verir, çünki onların məhsulları tez xarab olandır.

Onun sözlərinə görə, daha bir dəyişiklik isə daha qlobal olacaq: “Söhbət dövlət başçısının 1997-ci ildən xarici ticarətin liberallaşdırılması haqqında fərmanına düzəlişdən gedir. Bu təklif gömrük bəyannamələri sahəsində mövcud olan bəzi kiçik problemlərin aradan qaldırılmasına, razılaşdırma xarakterli müxtəlif aspektləri həll etməyə imkan verəcək”.

 

Trend.az