Azərbaycanda elektron xidmətlərin sayı artıb

Posted by

Azərbaycanda elektron xidmətlərin sayı artıbAzərbaycanda elektron xidmətlərin sayı artıb

Azərbaycanda elektron xidmətlərin sayı artıb

Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu xidməti “Elektron hökumət” portalı (e-gov.az) üzərindən istifadəyə verilib.

 

Trend-in məlumatına əsasən, bu barədə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

 

Bu xidmət vasitəsilə dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) departamentləri, rayon şöbələri, Naxçıvan Muxtar Respublikası DSMF-nin rayon şöbələrinə müraciət edilir.

 

Fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulan e-xidmət ödənişsiz həyata keçirilir.

 

Beləliklə, portalda təqdim olunan xidmətlərin sayı 421-ə, DSMF-nin portaldakı xidmətlərinin sayı isə 13-ə çatıb.

 

Trend.az