Azərbaycanda elektron imza alanların sayı 26 mini ötüb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) elektron imza vəsiqələri barədə oktyabrın 30-u tarixinə olan statistik məlumatı açıqlayıb.
RYTN-dən “APA-Economics”ə verilən məlumata görə, ölkə üzrə əldə olunan elektron imza sertifikatları 26 027 ədəd təşkil edib.
“Artıq dövlət qurumlarına 15 966 elektron imza sertifikatı verilib. Hüquqi şəxslərə verilmiş sertifikatların sayı 4207-yə çatıb. Vətəndaşlar isə 5854 sertifikat əldə ediblər”-deyə, məlumatda bildirilir.
Qeyd edək ki, elektron imza insanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir.
Apa.az