Azərbaycanda elektrik enerjisinin topdansatış və pərakəndə satış bazarları təşkil olunacaq

Posted by

Azərbaycanda elektrik enerjisinin topdansatış və pərakəndə satış bazarları təşkil olunacaq

 

Azərbaycanda elektrik enerjisinin topdansatış və pərakəndə satış bazarları təşkil olunacaq

Azərbaycanda elektrik enerjisinin topdansatış və pərakəndə satış bazarları təşkil olunacaq

 

Azərbaycanda elektrik enerjisinin topdansatış və pərakəndə satış bazarlarının təşkili nəzərdə tutulur.

 

Gün.Az xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyevin “Azərbaycan” qəzetindəki məqaləsində qeyd edilib.

 

Nazir məqaləsində bildirib ki, bu yanacaq energetika sahəsində yeni qanun layihələrində nəzərdə tutulur.

 

Onun qeyd etdiyinə görə, bu qanun layihələrində qaz və elektroenergetika bazarlarında hazırda qüvvədə olan qanunvericiliyə nisbətən fərqli iqtisadi və texnoloji münasibətlərin tətbiqi qeyd olunub:

 

“Burada qazın və elektrik enerjisinin istehsalının, ötürülməsinin və paylanmasının bir-birindən müstəqil olan təsərrüfat subyektləri tərəfindən həyata keçirilməsi də nəzərdə tutulub”.

 

O qeyd edib ki, yanacaq-enerji kompleksinin inkişafına ciddi təsir göstərən problemlərdən biri qanunvericilikdə boşluqların olmasıdır.

 

Nazirin qeydinə görə, sözügedən sahə üzrə dövlət strategiyasının hazırlanması və həyata keçirilməsini təmin etmək üçün Energetika Nazirliyində “Enerji sahəsində islahatlara dəstək proqramının həyata keçirilməsinə dəstək” layihəsinin tərkib hissəsi olan “Enerji sektorunun hərtərəfli və kompleks inkişaf” strategiyası hazırlanır:

 

“Avropa İttifaqının Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində həyata keçirilən “Azərbaycanın enerji sektorunda hüquqi yanaşma və struktur islahatları” tvinninq layihəsi çərçivəsində “Elektroenergetika haqqında” və “Qaz təchizatı haqqında” qanunların layihələri, eyni zamanda Elektrik Şəbəkələri və Qaz Şəbəkələri məcəllələrinin layihələri isə artıq hazırdır”.

 

Onun bildirdiyinə görə, həmçinin energetika üzrə bir neçə qanun layihəsinin son variantı işlənib.

 

Gun.az