Azərbaycanda dövlət tərəfindən alimlərə veriləcək əlavə ödənişlərin təqribən 4 dəfə artırılması təklif olunur

Posted by

Azərbaycanda dövlət tərəfindən alimlərə veriləcək əlavə ödənişlərin təqribən 4 dəfə artırılması təklif olunurAzərbaycanda dövlət tərəfindən alimlərə veriləcək əlavə ödənişlərin təqribən 4 dəfə artırılması təklif olunur

Azərbaycanda dövlət tərəfindən alimlərə veriləcək əlavə ödənişlərin təqribən 4 dəfə artırılması təklif olunur

Elmlər doktoru elmi dərəcəsinə görə əlavə ödəniş 120 manatdan 400 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə isə 60 manatdan 240 manata qaldırılır

 

Azərbaycanda elmi dərəcə alanlara dövlət tərəfindən ödənilən əlavə vəsaitlərin 4 dəfə artırılması, ixtisas üzrə professor və dosent elmi adları olan elmi və pedaqoji işçilərə isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məbləğdə vəzifə maaşına əlavələr edilməsi təklif olunur.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanan “Elm haqqında” qanun layihəsinin 38.7 və 38.8-ci maddələrində əksini tapıb.

 

Maddə 38.7-ə görə, elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan fəlsəfə və elmlər doktorlarının vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsinə görə 400 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə isə 240 manat məbləğində əlavələr ödəniləcək. Hazırda isə bu rəqəm müvafiq olaraq elmlər doktoru elmi dərəcəsinə görə 120, fəlsəfə doktoru elmi dərəcəsinə görə isə 60 manatdır.

 

Maddə 38.8-ə görə isə, ixtisas üzrə professor və dosent elmi adları olan elmi və pedaqoji işçilərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məbləğdə vəzifə maaşına əlavələr veriləcək.

 

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və yaz sessiyasının ilk iclasında müzakirəyə çıxarılması gözlənilir.

 

Apa.az