Azərbaycanda dövlət subyektlərinin sayı artırıldı

Posted by

Azərbaycanda dövlət subyektlərinin sayı artırıldıAzərbaycanda dövlət subyektlərinin sayı artırıldı

Azərbaycanda dövlət subyektlərinin sayı artırıldı

Azərbaycanda dövlət əmlakı hesab olunan yolların, körpülərin və digər infrastrukturların sayı artırılıb.

 

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə məsələ “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

 

Qanunun 6-cı maddəsinə təklif edilən dəyişikliyə əsasən, ümumi istifadə olunan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının yerləşdiyi torpaq sahələri və dəmir yolları, körpülər və tunellər dövlət əmlakı təsnifatına daxil edilir.

 

Qeyd edək ki, mövcud qanunda yalnız dövlət əhəmiyyətli avtomobil və dəmir yolları, körpülər və tunellər dövlət əmlakı təsnifatına daxildir.

 

Təklif edilən dəyişikliklər Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilərək qəbul olunub.

 

 

Trend.az