Azərbaycanda dərman vasitələri üzərində dövlət nəzarəti gücləndirilir

Posted by

Azərbaycanda dərman vasitələri üzərində dövlət nəzarəti gücləndirilirAzərbaycanda dərman vasitələri üzərində dövlət nəzarəti gücləndirilir

Azərbaycanda dərman vasitələri üzərində dövlət nəzarəti gücləndirilir

Azərbaycanda dərman vasitələri üzərində dövlət nəzarəti gücləndirilir. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Dərman vasitələri haqqında” qanuna əlavə və dəyişikliklərdə öz əksini tapıb.

 

Təklif olunan dəyişikliklərə əsasən, nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları, habelə nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

 

Həmçinin, nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlər dövlət büdcəsinə köçürüləcək, həmin vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

 

Bununla yanaşı, müvafiq icra hakimiyyəti orqanı nəzarət markalarının hazırlanmasını təmin edəcək.

 

Komitə sədri Hadi Rəcəbli təklif olunan dəyişikliklərin vətəndaşların mənafeyi baxımından vacib və əhəmiyyətli olduğunu söyləyib.

 

Qanun layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

 

Trend.az