Azərbaycanda dördüncü mobil rabitə operatoruna lisenziya verildi

Posted by

Azərbaycanda dördüncü mobil rabitə operatoruna lisenziya verildiAzərbaycanda dördüncü mobil rabitə operatoruna lisenziya verildi

Azərbaycanda dördüncü mobil rabitə operatoruna lisenziya verildi

Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Naxçıvan Muxtar Respublikasının CDMA simsiz rabitə standartı operatoru “Naxtel” şirkətinə LTE (Long Term Evolution) şəbəkəsinin açılması üçün tezliklərdən istifadəyə lisenziya verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, operator RYTN-ə Azərbaycan ərazisində öz fəaliyyətini genişləndirməklə bağlı icazə alınması üçün müraciət edib.

Ə.Abbasov qeyd edib: “Biz ilkin mərhələdə onun fəaliyyətini daxili rouminq əsasında təmin etmək niyyətindəyik. Daha sonra mobil rabitə xidmətinin bütün Azərbaycan ərazisində açılması məsələsinə baxılacaq”.

 

Trend.az