Azərbaycanda doğulanlar arasında cins nisbətini tarazlaşdırmaq üçün Tədbirlər Planı hazırlanacaq

Posted by

Azərbaycanda doğulanlar arasında cins nisbətini tarazlaşdırmaq üçün Tədbirlər Planı hazırlanacaqAzərbaycanda doğulanlar arasında cins nisbətini tarazlaşdırmaq üçün Tədbirlər Planı hazırlanacaq

Azərbaycanda doğulanlar arasında cins nisbətini tarazlaşdırmaq üçün Tədbirlər Planı hazırlanacaq

Azərbaycanda selektiv abortların qarşısının alınması üçün doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Tədbirlər Planı hazırlanaraq təsdiq ediləcək.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, hazırda müzakirə mərhələsində olan “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-cı illər)” layihəsində qeyd edilib.

 

Layihəyə görə, bu kimi halların qarşısının alınması üçün ölkədə doğulanların cins nisbətinin monitorinqinin həyata keçirilməsi nəzərdə tutulur.

 

Nazirlikdən bildirilib ki, diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur. Hazırda hər 100 doğulan qıza 116 oğlan düşür (bioloji norma göstəricisi 105-107 təşkil edir). Bu hal ilk növbədə valideynlər tərəfindən uşağın cinsinin seçimi ilə bağlı verdiyi qərar və selektiv abortlarla izah oluna bilər.

 

Ölkədə qadınların reproduktiv potensialının tədricən azalmasını (nəsillərin əvəz olunması nəticəsində reproduktiv yaşda olan qadınların sayının dəyişməsini) nəzərə alaraq, Dövlət Proqramı layihəsində doğulan uşaqların sayının 2025-ci ilə kimi hazırkı səviyyədə saxlanılması əsas prioritet kimi qəbul edilir.

 

Trend.az