Azərbaycanda doktorantura təhsili səviyyəsinin təkmilləşdirilməsi üzərində iş aparılır

Posted by

Azərbaycanda doktorantura təhsili səviyyəsinin təkmilləşdirilməsi üzərində iş aparılırAzərbaycanda doktorantura təhsili səviyyəsinin təkmilləşdirilməsi üzərində iş aparılır

Azərbaycanda doktorantura təhsili səviyyəsinin təkmilləşdirilməsi üzərində iş aparılır

“Təhsil Nazirliyi doktorantura təhsili səviyyəsinin təkmilləşdirilməsi üzərində iş aparır”. Trend xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Alimlərinin I Qurultayının açılışında çıxışı zamanı deyib.

 

Nazir qeyd edib ki, hazırda ölkədə fəaliyyət göstərən alimlərin yarısı təhsil sistemində çalışır: “Bu gün ölkədə 1267 elmlər doktorundan 939 nəfəri, 10444 fəlsəfə doktorundan 5011 nəfəri təhsil sistemində işləyir”.

 

M.Cabbarov bildirib ki, Təhsil Nazirliyi sistemində çalışan elmlər doktorlarının yaş həddinin təhlili göstərir ki, dövlət ali təhsil müəssisələrində 30 yaşa kimi elmlər doktoru yoxdur, 61 yaşdan yuxarı isə təxminən 63,9% təşkil edir. Fəlsəfə doktorları üzrə göstəricilərə gəldikdə isə, 30 yaşa kimi olanlar 0,7%, 61 yaşdan yuxarı olanlar isə təxminən 18%-dir. Yaranmış vəziyyət nəzərə alınaraq tədbirlər görülməsi nəzərdə tutulur: “Belə ki, ilk növbədə doktorantura təhsil səviyyəsində qanunvericiliyin formalaşdırılması və təkmilləşdirilməsi, o cümlədən doktoranturanın təşkili və onun məzmununu müəyyənləşdirən normativ hüquqi sənədlərin hazırlanması, təhsil proqramlarının hazırlanması və təsdiqi, doktorantura səviyyəsində təhsilin Boloniya prosesinə uyğunlaşdırılması və bu təhsilin keyfiyyətinin yüksəldilməsi, adambaşına maliyyələşmənin tətbiqi istiqamətində iş aparılır”.

 

Nazirin fikrincə, bugünkü təhsil sistemimiz çevik və ömürboyu öyrənmək imkanına malik kadrları formalaşdırmağı bacarmalıdır.

 

Trend.az