Azərbaycanda daşınmaz əmlaklarla bağlı xidmətlərdən istifadə üçün notariat kontorlarına müraciət olunmalıdır

Posted by

Azərbaycanda daşınmaz əmlaklarla bağlı xidmətlərdən istifadə üçün notariat kontorlarına müraciət olunmalıdır

Azərbaycanda daşınmaz əmlaklarla bağlı xidmətlərdən istifadə üçün notariat kontorlarına müraciət olunmalıdır

Azərbaycanda daşınmaz əmlaklarla bağlı xidmətlərdən istifadə üçün notariat kontorlarına müraciət olunmalıdır

Azərbaycanda daşınmaz əmlaklarla bağlı xidmətlərdən istifadə üçün notariat kontorlarına müraciət olunmalıdır.

Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Komitə vətəndaşların, daşınmaz əmlak sahiblərinın və hüquqi şəxslərin nəzərinə çatdırır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2014-cü il tarixli, 101 nömrəli Fərmanına əsasən, 2014-cü il mart ayının 3-dən etibarən daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış əmlak barədə sərəncam verənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin müvafiq ərazilər üzrə yerləşən notariat kontorlarında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edə biləcəklər.

Eyni zamanda, daşınmaz əmlak obyektinə sərəncam vermə barədə notariat qaydasında təsdiqlənmiş müqavilənin daşınmaz əmlakın dövlət reyestrini aparan Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumlarına göndərilməsi elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində həyata keçiriləcək.

Qeyd olunanları nəzərə alaraq, Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların nəzərinə çatdırır ki, 2014-cü il mart ayının 3-dən etibarən yuxarıda göstərilən daşınmaz əmlaklarla bağlı xidmətlərdən istifadə üçün Əmlak Məsələləri Dövlət Komitəsi və Ədliyyə Nazirliyinin qarşılıqlı qaydada təşkil etdiyi həmin xidmətlərin göstərilməsi üçün Bakı şəhərində, respublikanın digər şəhər və rayonlarında yerləşən notariat kontorlarına birbaşa müraciət etməlidirlər.

Bu xidmət dövlət reyestrindən qeydiyyatdan keçərək çıxarış əldə edən əmlak sahiblərinə aid edilir.

 

Trend.az