Azərbaycanda cəza çəkməkdən azad edilmiş 3 550 nəfər şəxs birdəfəlik müavinətlə təmin edilib

Posted by

Azərbaycanda cəza çəkməkdən azad edilmiş 3 550 nəfər şəxs birdəfəlik müavinətlə təmin edilibAzərbaycanda cəza çəkməkdən azad edilmiş 3 550 nəfər şəxs birdəfəlik müavinətlə təmin edilib

Azərbaycanda cəza çəkməkdən azad edilmiş 3 550 nəfər şəxs birdəfəlik müavinətlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən cari ilin 9 ayında penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 3 550 nəfər şəxs birdəfəlik pul müavinəti ilə təmin edilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a verilən məlumata görə, həmin şəxslərin hər birinə müvafiq qanunvericiliyə əsasən, minimum əmək haqqının 4 misli məbləğində, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib.

Eyni zamanda, hesabat dövründə özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiləri və ya bu səbəbdən həlak olmuş işçilərinin ailə üzvlərindən ibarət olmaqla 1560 nəfərə aylıq və birdəfəlik müavinət ödənilib. Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərər çəkən 498 nəfər isə kompensasiya ilə təmin olunub.

 

AzərTac.az