Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydaları dəyişdirilir

Posted by

Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydaları dəyişdirilirAzərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydaları dəyişdirilir

Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydaları dəyişdirilir

Azərbaycanda işəgötürənlər tərəfindən əməkçi miqrantların hüquqlarının təmin edilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçiriəcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ Azərbaycan Əmək Məcəlləsinin 13-cü maddəsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Əmək Məcəlləsinə edilən digər dəyişikliyə əsasən, əməkçi miqrantların əmək fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində nəzərdə tutulmayan məsələlər bu Məcəllə ilə tənzimlənəcək.

Dəyişiklərdə həmçinin o da nəzərdə tutulur ki, işəgötürənlər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, işə cəlb etmək istədikləri hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün həmin Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə iş icazəsi almalıdır.

Qeyd edək ki, Əmək Məcəlləsinin mövcud 13-cü maddəsinə əsasən, işəgötürənlər əcnəbi və vətəndaşlığı olmayan şəxsləri, onlara qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Resdpublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazə verildikdən sonra işə cəlb edə bilərlər.

Təklif edilən dəyişiklər Milli Məclisin oktyabrın 17-də keçiriləcək növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

 

Trend.az