Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkənlərin statistikası və bu sahədəki problemlər açıqlanıb

Posted by

Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkənlərin statistikası və bu sahədəki problemlər açıqlanıb

Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkənlərin statistikası və bu sahədəki problemlər açıqlanıb

Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkənlərin statistikası və bu sahədəki problemlər açıqlanıb

Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin sayı və bu sahədəki problemlər açıqlanıb.

 

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, bu gün ölkədə 2312 xəstə hemodializlə tam dövlət hesabına təmin olunub, onlara respublikanın regionları və paytaxtda yerləşən 406 dializ aparatı xidmət göstərir. Bu aparatlardan 170-i Bakı, 236-sı regionlardadır. Xəstələrin isə 991-i Bakıda, 1321-i isə regionlarda dövlət hesabın hemodializ qəbul edir. Xəstələr əsasən 9-78 yaş arasındadır. Azərbaycanın bir sıra bölgələrində əhali sıxlığına görə xəstəliklərin baş vermə tezliyi də müxtəlifdir. Statistikaya görə, dünyada 1 milyon əhaliyə orta hesabla 250-450 hemodializ xəstəsi düşür: “Elə ölkələr var ki, bu rəqəm 800-900, Yaponiyada 1900-2000 nəfərə çatır. Azərbaycanda isə 1 milyon əhaliyə 201 xəstə düşür. Ən çox xəstə əhalisi sıx olan rayonlarda – Mingəçevir, Gəncə, Bərdə Şəmkir ərazisindədir. Bu da həmin ərazilərdə insanların son 20 ildə daha toplanması ilə əlaqədardır”.

 

Qeyd olunub ki, 2013-cü il ərzində 291852 hemodializ seansı həyata keçirilib. Onlardan 130812-si Bakı şəhərində, 161040 seans regionlarda icra olunub. Azərbaycanda 469 nəfər böyrək köçürülən xəstə var. 2013-cü ildə isə 116 böyrək köçürülmə əməliyyatı həyata keçirilib və bunların böyük əksəriyyəti Mərkəzi Neftçilər Xəstəxanasında olub.

 

Bu gün Azərbaycanda ən böyük problemlərdən biri tibbi kadrlarla bağlı olan məsələdir. Dializ həkimlərin sayı 121 nəfərdir. 294 nəfər orta tibb işçisi isə xəstələrə xidmət göstərir. Bu hər iki rəqəm yetərli deyil. İş şəraitinin çətin olması və məvacibin aşağı olması bu sahəyə insanların marağını azaldır. 2013-cü ildə 823 yeni xətə hemodializ seanslarına cəlb olunub və onlar öz yaşayış yerlərinə uyğun dövlət hesabına müalicə ilə təmin olunublar. Onlardan 301 nəfəri Bakı, 522 nəfəri bölgələrdə yaşayan xəstələrdir.

Xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələr arasında ölüm halları da qeydə alınıb. Ötən il Azərbaycanda xəstəlik nəticəsində 507 ölüm halı qeyd alınıb ki, bunun da 227 nəfəri Bakı, 380 nəfəri isə regionlardadır. Bu ölüm faizi 18,3% təşkil edir. Orta statistik rəqəmlərə görə, bu faiz 16-25% arasında dəyişir. Ölüm hallarının analizi onu göstərir ki, xəstələrin ölüm halları 483 nəfərdə ( 94,1%) evdə, 24 nəfərdə (5,9%) stasionarda hemodializ zamanı baş verib. Ölümünün səbəblərinə gəldikdə 78,8% insanlarda əsas səbəb ürək qan-damar çatışmazlığı, kəskin beyin qan dövranın pozulması halları olub.

 

Bildirilib ki, hemodializ qəbul edən xəstələrin ən ciddi problemlərindən biri də virus hepatitləridir. Bu xəstələrin qanları daim ətraf mühitlə müəyyən mənada bağlı olur. Bu zaman xəstənin virusla yoluxma halları baş verir. Dünyanın əksər ölkələrində bu böyük problemdir. Bu gün Azərbaycan xəstələr arasında 161 nəfərdə Hepatit B virusu, 289 xəstədə hepatit C virusu qeydə alınıb. Son 3 ildə Azərbaycanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə hemodializlə yanaşı periton dializdən də istifadə olunur. Bu gün 26 xəstə periton dializlə müalicə olunurlar. Bu xəstələrin həm hərəkət məhdudiyyəti, həm də görmələrində müəyyən problemlər var. Onların hər hansı mərkəzə aparıb-gətirilməsi problem yaratdığı üçün o xəstənin periton dializlə müalicəsi həyata keçirilir.

 

 

Apa.az