Azərbaycanda bələdiyyələrin vergi və ödənişlərinin elektron uçotunun tətbiqi üzrə pilot layihəyə start verilib

Posted by

Azərbaycanda bələdiyyələrin vergi və ödənişlərinin elektron uçotunun tətbiqi üzrə pilot layihəyə start verilib

 

Azərbaycanda bələdiyyələrin vergi və ödənişlərinin elektron uçotunun tətbiqi üzrə pilot layihəyə start verilib

Azərbaycanda bələdiyyələrin vergi və ödənişlərinin elektron uçotunun tətbiqi üzrə pilot layihəyə start verilib

 

Vergilər Nazirliyi bələdiyyələrin vergi və ödənişlərinin elektron uçotunun tətbiqi üzrə pilot layihəyə start verib.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqinin və elektron xidmətlərin, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin genişləndirilməsinin qarşıda duran prioritet vəzifələrdən biri kimi müəyyən edilməsini nəzərə alaraq, Vergilər Nazirliyində yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi qaydalarının təkmilləşdirilməsi və bu sahədə uçotun, habelə yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin uçotunun elektron qaydada aparılmasının təmin edilməsi məqsədilə vergilər nazirinin 25 dekabr 2013-cü il tarixli əmrinə əsasən, 2014-cü ildə Bakı şəhərinin Binəqədi, Abşeron rayonunun Saray və Şəmkir rayonunun Şəmkir bələdiyyələrində yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin, habelə yerli (bələdiyyə) vergi və ödənişlərin elektron uçotunun tətbiqi üzrə pilot layihə həyata keçiriləcək.

Layihə çərçivəsində üç ay müddətində Bakı şəhərinin Binəqədi, Abşeron rayonunun Saray və Şəmkir rayonunun Şəmkir bələdiyyələrinin vergi xidməti orqanlarının əməkdaşları üçün yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin, habelə yerli (bələdiyyə) vergi və ödənişlərin elektron uçotunun aparılması qaydalarının izahı ilə bağlı seminarların keçirilməsi planlaşdırılır.

Bundan əlavə, yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin, habelə yerli (bələdiyyə) vergi və ödənişlərin elektron uçotunun tətbiqinə texniki yardım göstərilməsi üçün mövcud mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə zəruri tədbirlərin görülməsi də nəzərdə tutulur.

Əmrlə ərazi vergi orqanlarının rəhbərlərinə tapşırılıb ki, Vergilər Nazirliyinin Tədris Mərkəzində treninq keçmiş təlimçilər tərəfindən (Bakı şəhərinin Binəqədi, Abşeron rayonunun Saray və Şəmkir rayonunun Şəmkir bələdiyyələri istisna olmaqla) bələdiyyələrin vergi xidməti orqanlarının əməkdaşları üçün yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin, habelə yerli (bələdiyyə) vergi və ödənişlərin elektron uçotunun aparılması qaydalarının izahı ilə bağlı müvafiq seminarların keçirilməsini təmin etsinlər.