Azərbaycanda avtoxuliqanlıq hərəkətlərinə görə tətbiq olunan cəzalar sərtləşdirilir

Posted by

Azərbaycanda avtoxuliqanlıq hərəkətlərinə görə tətbiq olunan cəzalar sərtləşdirilir

Azərbaycanda avtoxuliqanlıq hərəkətlərinə görə tətbiq olunan cəzalar sərtləşdirilirAzərbaycanda avtoxuliqanlıq hərəkətlərinə görə tətbiq olunan cəzalar sərtləşdirilir

Azərbaycanda avtoxuliqanlıq hərəkətlərinə görə tətbiq olunan cərimələr artırılacaq. Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinin 296-1 (Avtoxuliqanlıq) maddəsinə dəyişiklik edilib.

Dəyişiklik barəsində məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliklə avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə nəqliyyat vasitələrini idarəetmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 manatdan 750 manatadək (hazırda bu məbləğ 400 manatdan 600 manata qədərdir) miqdarda cərimə ediləcək və ya nəqliyyat vasitələrini idarəetmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarəetmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 750 manatdan 1000 manatadək (hazırda bu məbləğ 600 manatdan 800 manata qədərdir) miqdarda cərimə ediləcək və ya nəqliyyat vasitələrini idarəetmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq ediləcək.