Azərbaycanda avtomobil nəqliyyatında sərnişindaşıma tarifləri bahalaşıb

Posted by

2014-cü ilin yanvar ayında Azərbaycanda nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 1,2 faiz ucuzlaşıb, yükdaşıma tarifləri isə sabit qalıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ay ərzində MDB ölkələrinə hava nəqliyyatı və dəmir yolu nəqliyyatı üzrə sərnişindaşıma tarifləri müvafiq olaraq 5,0 və 7,5 faiz, digər xarici ölkələrə hava nəqliyyatı üzrə sərnişindaşıma tariflərində isə 6,2 faiz ucuzlaşma müşahidə olunub.

Yanvar ayında dəniz nəqliyyatında MDB ölkələri üzrə yükdaşıma tarifləri 7,4 faiz bahalaşıb.

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi üzrə 3,9 faiz ucuzlaşma, qazın nəql olunma tarifi üzrə isə 2,5 faiz bahalaşma müşahidə olunub.

Avtomobil nəqliyyatında sərnişindaşıma tarifləri 0,2 faiz, yükdaşıma tarifləri isə 4,7 faiz bahalaşıb.

Trend.az