Azərbaycanda apteklərdə dərmanların vahid qiymətlə satılması məqsədilə hazırlanan təkliflər paketi Nazirlər Kabinetinə təqdim edilib
Səhiyyə Nazirliyi Azərbaycanda apteklərdə eyni dərmanların vahid qiymətlə satılması məqsədilə İqtisadi İnkişaf Nazirliyi ilə birgə hazırladığı təklifləri Nazirlər Kabinetinə təqdim edib. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
E.Ağayevin sözlərinə görə, bu təklifləri hazırlamaq üçün Türkiyə, Avstriya, Avropa ölkələrinin təcrübələri öyrənilib:
“Yəqin ki, yaxın zamanlarda bu istiqamətdə müvafiq işlərə başlanacaq, ölkənin bütün apteklərində eyni dərmanların qiyməti vahid olacaq və onların üzərində qiymətləri göstəriləcək”.