Azərbaycanda çalışmış türkiyəli diplomatlar və jurnalistlər 20 Yanvar faciəsini anıblar
Azərbaycanda çalışmış türkiyəli diplomatlar və jurnalistlər Ankarada 20 Yanvar faciəsini anıblar.
Bu barədə APA-ya TRT-nin Bakı bürosunun rəhbəri olmuş Yüksel Degercan məlumat verib.
Y. Degercan bildirib ki, Ankarada keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, səfirlikdə çalışmış müşavirlər, həmçinin Türkiyə mediasının Bakı təmsilçiləri olmuş jurnalistlər iştirak ediblər.
Onlar Azərbaycanın azadlığı uğrunda canından keçmiş insanları anıblar.
Tədbirdə qeyd olunub ki, 20 Yanvar hüzn günü olmaqla yanaşı, həm də Azərbaycanın müstəqilliyinə gedən yoldakı addımlardan biridir.
Görüş iştirakçıları həmçinin Türkiyə-Azərbaycan qardaşlığının sonsuza qədər davam edəcəyinə əminliklərini ifadə ediblər.
Apa.az