Azərbaycanda alimlərin ayrıca poliklinikası olacaq

Posted by

Azərbaycanda alimlərin ayrıca poliklinikası olacaqAzərbaycanda alimlərin ayrıca poliklinikası olacaq

Azərbaycanda alimlərin ayrıca poliklinikası olacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradılmasının 70 illik yubileyi bu il noyabr ayında qeyd ediləcək. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Әlizadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

Akademiya prezidenti bildirib ki, artıq AMEA-nın poliklinikasının yaradılması ilə bağlı layihə hazırlanır.

 

Onun sözlərinə görə, ötən il Azərbaycan alimləri üçün müxtəlif mükafatlar təsis edilib.

 

Akademiyanın ötən il I Bakı Elm Festivalını keçirdiyini xatırladan A.Əlizadə bildirib ki, I Azərbaycan Elm Festivalının da keçirilməsi planlaşdırılır.

 

AMEA prezidenti deyib ki, son zamanlar kadr hazırlığında gənclərə böyük önəm verilib, yüksəkixtisaslı gənc alim və mütəxəssislər yetişdirilib: “Baxmayaraq ki, bu gün Azərbaycan elmində qocalma prosesi baş verir, istedadlı gənclərin olması ümidlə deməyə əsas verir ki, gənclər onları əvəz etməyə hazırdır. Bu günün gəncləri əvvəlki illərin gənclərindən tam fərqlənir. Onlar daha aktiv və məqsədyönlü istiqamətlər seçiblər”.

 

Onun sözlərinə görə, gənc alimlərin elmi fəaliyyətlərinin təkmilləşdirilməsi məqsədilə onların doktorantura və ixtisasartırma təhsili alması üçün dünyanın aparıcı elmi mərkəzlərinə göndərilməsi, bir çox beynəlxalq layihələrə qoşulmasının təmin edilməsi üçün, AMEA-da çalışan gənclərin fəaliyyətini stimullaşdırmağa, elmi potensialını artırmağa, təkliflərini dəyərləndirməyə xidmət edən Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı və təşəbbüsü ilə bir çox əhəmiyyətli tədbirlər həyata keçirilib.

 

Trend.az