Azərbaycanda ali məktəblərə qəbul olmaq istəyən yetim uşaqlar üçün xüsusi kovata ayrıla bilərmi?

Posted by

Azərbaycan Təhsil Nazirliyi ölkənin ali məktəblərinə qəbul olmaq istəyən yetim uşaqlar üçün qəbul planında xüsusi kovatının ayrılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirib.

Qeyd edək ki, Rusiya Dövlət Duması yetimlərin ali məktəblərə daxil olması üçün xüsusi güzəştlərin tətbiqinə hazırlaşır. Bu ölkədə hər bir ali məktəb yetimlər üçün 10 faizdən az olmamaq şərti ilə xüsusi kvota ayırmalıdır. Bununla yanaşı, ali məktəblərdə onlar üçün xüsusi hazırlıq kursları da açılacaq.

Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, mövcud qanunvericiliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Nazirlikdən deyilib ki, Azərbaycanın qanunvericiliyində ali təhsil müəssisələrinə tələbə qəbulu zamanı valideyn himayəsindən məhrum olmuş abituriyentlər üçün xüsusi kvotalar və onların xüsusi hazırlığı məqsədilə kursların yaradılması nəzərdə tutulmayıb. Ali təhsil müəssisələrinə qəbul zamanı bütün abituriyentlər kimi həmin qəbildən olan gənclər üçün də hazırlıq ümumtəhsil məktəblərinin proqramı əsasında aparılır.

Trend.az