Azərbaycanda şagirdlərin sağlamlıq vəziyyətinin monitorinqi keçirilir
Azərbaycanda 10 000 şagirdin sağlamlıq vəziyyətinin tibbi-gigienik və psixoloji monitorinqi keçirilir. Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupu yaradılıb. Növbəti tədris ilindən paytaxtdakı 5 ümumtəhsil müəssisəsinin 10 pilot sinifində sağlam təlim texnologiyalarının tətbiqinə başlanacaq.
Trend.az