Azərbaycanda Aİ-98 markalı benzinin qiyməti düşüb

Posted by

Azərbaycanda Aİ-98 markalı benzinin qiyməti düşüb

Azərbaycanda Aİ-98 markalı benzinin qiyməti düşüb

Azərbaycanda Aİ-98 markalı benzinin qiyməti düşüb

Azərbaycanda yanacaqdoldurma məntəqələrində (YDM) Aİ-98 markalı benzinin qiyməti 1,5 manatdan 1,03 manatadək azalıb. Bu barədə çərşənbə günü Trend-ə ölkədə ən iri YDM operatorları olan ARDNŞ və “Azpetrol” şirkətlərindən bildirilib.

Digər benzin markalarının qiymətləri dəyişməz qalır.

Qeyd edək ki, AI-98 markalı benzin Azərbaycanda istehsal olunmur, xaricdən idxal edilir.

Xatırladaq ki, Azərbaycanda istehsal olunan neft məhsullarının qiymətləri Tarif Şurası tərəfindən müəyyən edilir. Tarif Şurasının qərarı ilə 2013-cü il dekabrın 3-dən benzinin pərakəndə qiyməti artıb.

 

Hazırda Aİ-95 benzininin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti isə 1 litr üçün 70 qəpik müəyyən edilib.

 

Buna qədər isə 1 litr Aİ-95 markalı benzinin qiyməti 60 qəpik, Aİ-92 markalı benzininin qiyməti isə 55 qəpik təşkil edirdi.

 

Azərbaycanda buna qədər yanacağın qiymətləri 2007-ci ildə dəyişmişdi.

 

Trend.az