Azərbaycanda 99 min nəfər ilk dəfə içməli su ilə təmin olunub

Posted by

Azərbaycanda 99 min nəfər ilk dəfə içməli su ilə təmin olunub Azərbaycanda 99 min nəfər ilk dəfə içməli su ilə təmin olunub

Azərbaycanda 99 min nəfər ilk dəfə içməli su ilə təmin olunub

2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumilikdə 358 min nəfərin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb ki, bunun da 148 min nəfəri regionların payına düşür.

“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, su təchizatının yaxşılaşdırılması nəticəsində bəzi istehlakçılar üçün suyun verilmə intervalı artırılıb, abunəçilərin bir hissəsi fasiləsiz rejimdə su almaq imkanı əldə edib, əhalinin bir hissəsi isə ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunub.

Mərkəzləşdirilmiş qaydada su ilə təchiz olunan 199 min nəfərə içməli suyun verilməsi intervalı artırılıb ki, bunun da 40 min nəfəri regionlarda yaşayan əhalidir. 9 ayda 159 min nəfər fasiləsiz içməli su ilə təmin edilib ki, onların da 108 min nəfəri regionlarda yaşayır.

Yaşayış məntəqələrində infrastrukturların yaradılması nəticəsində yanvar-sentyabr ayları ərzində 156 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib. Ötən müddətdə regionlarda ilk dəfə içməli su ilə təmin olunan əhalinin sayı 99 min nəfər təşkil edir.

2014-cü ilin 9 ayının yekunlarına görə hazırda ölkə üzrə istehlakçıların 62,5 faizi fasiləsiz rejimdə içməli su ilə təmin olunur. Bakı şəhəri üzrə bu göstərici 78,3 faiz təşkil edir.

“Azərsu” ASC ölkə üzrə 1 milyon 309 min abunəçiyə su təchizatı və kanalizasiya xidmətləri göstərir.

 

Trend.az