Azərbaycanda 9 illik bazadan kolleclərə keçiriləcək qəbul imtahanlarında fənlər üzrə sualların sayı artırılıb

Posted by

Azərbaycanda 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunlarına bu ilki test imtahanlarında təqdim ediləcək sualların sayı dəqiqləşdirilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə bildirib ki, bu il Azərbaycanda 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları cari ilin məzunları üçün keçirilməyəcək. Onlar buraxılış imtahanlarının nəticələri əsasında orta ixtisas təhsili müəssisəsələrinə qəbul oluna biləcəklər. Orta məktəblərin 9-cu sinif məzunlarına buraxılış imtahanında ana dili üzrə 30, riyaziyyat fənni üzrə 30 test tapşırığı (ümumilikdə 60 sual) təqdim ediləcək.

E.Nağızadə deyib ki, bu il 9 illik bazadan kolleclərə sənəd verəcək əvvəlki illərin məzunlarına qəbul imtahanlarında Azərbaycan tarixi fənni üzrə suallar təqdim edilməyəcək. Onlar ana dili və riyaziyyat fənlərindən imtahan verəcəklər. Bununla əlaqədar olaraq, imtahanda əvvılki illərin məzunları olan abituriyentlərə ana dili və riyaziyyat fənlərindən təqdim ediləcək sualların sayı artırılıb. Əvvəlki illərin məzunlarına qəbul imtahanlarında hər fənn üzrə 30 sual olmaqla, ümumilikdə 60 sual təqdim ediləcək.

Qeyd edək ki, ötən illərdə keçirilən qəbul imtahanlarında abituriyentlər ana dili, Azərbaycan tarixi və riyaziyyat fənlərindən test imtahan verirlər. İmtahanda abituriyentlərə hər fəndən 15 sual təqdim olunur.

Trend.az