Azərbaycanda 5 yeni seysmik stansiya quraşdırılacaq

Posted by

Azərbaycanda 5 yeni seysmik stansiya quraşdırılacaq

Azərbaycanda 5 yeni seysmik stansiya quraşdırılacaq

Azərbaycanda 5 yeni seysmik stansiya quraşdırılacaq

Azərbaycan ərazisində seysmik müşahidə şəbəkəsini genişləndirmək məqsədi ilə quru ərazidə telemetrik peyk rabitəsi ilə işləyən daha 5 seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yeni seysmik stansiyalar Xızı, Daşkəsən, Neftçala, Tovuz və Ağdaş rayonlarının ərazisində tikiləcək. Artıq yeni stansiyaların yerlərinin seçilməsi prosesi başa çatıb.

Yeni stansiyaların açılması respublika ərazisində aparılan seysmoloji tədqiqatların keyfiyyətini daha da yüksəldəcək.

Hazırda ölkə ərazisində ABŞ-ın “Kinemetriks” şirkətinin istehsalı olan telemetrik peyk rabitəsi ilə işləyən 35 seysmik stansiya fəaliyyət göstərir. Bu stansiyalar vasitəsilə bütün dünya ölkələrində baş verən zəlzələləri qeydə almaq mümkündür.

 

Trend.az