Azərbaycanda 32 hərbi qulluqçunun mənzillə təmin olunması barədə qərar qəbul edilib

Posted by

Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş 32 nəfər hərbi qulluqçunun mənzillə təmin olunması ilə bağlı qərar qəbul edilib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2014-cü il 24 iyun tarixində Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Komissiya qarşısında qoyulan vəzifələrin icra vəziyyəti barədə danışan Komissiyanın sədri, Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib ki, müvafiq meyarlara uyğun olan hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması prosesi davam edir, komissiyanın mütəmadi olaraq keçirilən iclaslarında 20 təqvim ilini dolduran və fərmanla müəyyənləşdirilmiş meyarlara cavab verən hərbi qulluqçular mənzil növbəsinə qəbul olunurlar.

İclasda Komissiya tərəfindən mənzil növbəsinə qəbul olunmuş hərbi qulluqçulardan daha 32 nəfərin dövlət vəsaiti hesabına mənzillə təmin olunmasına dair qərar qəbul edilib.

Qeyd edək ki, bu günə qədər Komissiya tərəfindən qəbul edilmiş qərarlarlarla müvafiq mənzillər 245 hərbi qulluqçunun mülkiyyətinə verilib.

Trend.az