Azərbaycanda 2014/2015-ci tədris ili üçün rezidentura səviyyəsinə qəbul aparılan ixtisaslar açıqlanıb

Posted by

Azərbaycanda 2014/2015-ci tədris ili üçün rezidentura səviyyəsinə qəbul aparılan ixtisaslar açıqlanıb

Azərbaycanda 2014/2015-ci tədris ili üçün rezidentura səviyyəsinə qəbul aparılan ixtisaslar açıqlanıb

Azərbaycanda 2014/2015-ci tədris ili üçün rezidentura səviyyəsinə qəbul aparılan ixtisaslar açıqlanıb

Azərbaycanda 2014/2015-ci tədris ili üçün rezidentura səviyyəsinə qəbul aparılan ixtisaslar açıqlanıb.

Trend Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytına istinadən bildirir ki, Komissiya tərəfindən “Rezidentura” xüsusi buraxılışının 3-cü sayı nəşr olunub. Jurnalda 2014/2015-ci tədris ili üçün rezidenturaya qəbul imtahanının ikinci mərhələsi və ixtisas seçimi haqqında elan, “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, “Namizədin elektron ərizəsi”ndə ixtisas seçimi forması (nümunə), 2014/2015-ci tədris ili üçün rezidentura səviyyəsinə qəbul aparılan ixtisaslar, rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri, qəbul planı və namizədlər üçün tövsiyələr, 2013-cü ildə rezidenturaya qəbul müsabiqəsində baza tibb təhsili müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, ixtisas fənləri üzrə elmi-metodiki təhlil və tövsiyələr əksini tapıb.

Qəbul elanına əsasən, rezidenturaya qəbul imtahanının ikinci mərhələsinə 30 mart 2014-cü il tarixində keçirilmiş birinci mərhələ üzrə imtahanda topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar.

Həmin namizədlər 2014-cü il iyulun 24-dən 26-dək olan müddətdə eservices.tqdk.gov.az/erizerez internet səhifəsindən imtahanın ikinci mərhələsi üçün “Namizədin imtahana buraxılış vərəqəsi”ni çap edib götürə biləcəklər.

Namizədlərə ikinci mərhələdə də 100 test tapşırığı təqdim olunacaqdır. İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra namizədlər 2014-cü il iyul ayının 29-dən 31-dək müsabiqədə iştirak etmək üçün internet vasitəsi ilə ixtisas seçimini yerinə yetirəcəklər.

İxtisas seçiminə rezidentura səviyyəsinə qəbul imtahanındakı nəticələri TQDK tərəfindən müəyyən edilmiş minimal tələbləri ödəyən namizədlər buraxılacaqlar.

 

Trend.az