Azərbaycanda 2013-cü ildə daha çox yayılan xəstəliklərin siyahısı açıqlanıb

Posted by

Azərbaycanda 2013-cü ildə daha çox yayılan xəstəliklərin siyahısı açıqlanıb

Azərbaycanda 2013-cü ildə daha çox yayılan xəstəliklərin siyahısı açıqlanıb.

 

Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, 2013-cü ildə Azərbaycanda qeydə alınmış xəstəliklər arasında tənəffüz, əsəb sistemi və hissiyat orqanlarının, həzm, qan dövranı sisteminin yolxucu və parazitar xəstəlikləri üstünlük təşkil edib.

 

Buna baxmayaraq, 2012-ci illə müqayisədə 2013-cü ildə göy öskürək ilə xəstələnənlərin sayı 76,5 faiz, quduzluq ilə – 60 faiz, tetanus ilə – 42,9 faiz, epidemik parotit ilə – 38,3 faiz, qara yara ilə – 33,3 faiz, pedikulyoz ilə – 32,1 faiz, viruslu hepatit ilə – 28,1 faiz, qoturluq ilə – 15 faiz, brusellyoz ilə – 13,9 faiz, ağciyər vərəmi ilə – 9,9 faiz, kəskin bağırsaq infeksiyaları ilə xəstələnənlərin sayı isə 2,3 faiz azalıb.

 

Məlumata görə, hazırda əhalinin hər 10 min nəfərinə orta hesabla 36 həkim, 62 orta tibb işçisi düşür.

 

Trend.az