Azərbaycanda 13 minə yaxın şəxs dövlət qulluqçusu kimi pensiya alır

Posted by

Azərbaycanda 13 minə yaxın şəxs dövlət qulluqçusu kimi pensiya alır

Azərbaycanda 13 minə yaxın şəxs dövlət qulluqçusu kimi pensiya alır

Azərbaycanda 13 minə yaxın şəxs dövlət qulluqçusu kimi pensiya alır

Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 12 892 nəfər təşkil edir. Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

İyunun 23-ü Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə təsis olunub və artıq doqquzuncu ildir ki, dövlət qulluqçuları öz peşə bayramlarını qeyd edirlər.

Dövlət qulluqçuları bir çox sahələrdə, o cümlədən pensiya təminatında xüsusi imtiyazlara malikdirlər. Dövlət qulluqçularının pensiyasının təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır.

01.04.2014-cü il tarixə olan statistikaya əsasən, Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 12 892 nəfər təşkil edir. Onlardan 61,6 faizi yaşa görə, 26,2 faizi əlilliyə görə, 12,2 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçularının orta aylıq pensiya məbləği isə 460,3 manatdır.

Qeyd edək ki, 2014-cü il aprel ayının 1-i vəziyyətinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 281 706 nəfər təşkil edir.

 

Trend.az