Azərbaycana xaricdən meyvə-tərəvəz gətirilməsi üzrə rüsumun artırılması təklif edilir

Posted by

Azərbaycana xaricdən gələn meyvə-tərəvəz məhsullarına tətbiq edilən rüsumun artırılması təklif edilir.

Trend-in məlumatına görə, bu təkliflə millət vəkili Fəzail Ağamalı Milli Məclisdə “Azərbaycan Respublikası 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

Onun sözlərinə görə, bəllidir ki, Azərbaycan özünün meyvə-tərəvəzə olan tələbatını tamamilə ödəmək imkanına malikdir: “Lakin xaricdən gələn meyvə-tərəvəzlərə tətbiq edilən rüsumun az olması ölkə daxilində istehsal olunan həmin məhsulların dayanıqlılığını xeyli dərəcədə aşağı salır və Azərbaycan fermerləri bu rəqabətdən kifayət qədər uduzmuş olurlar. Daxili bazarın qorunması üçün bunu gələcəkdə nəzərə almaq zəruridir”.

Kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilməsinin vacib olduğunu deyən F.Ağamalı bildirib ki, sənaye üsulu ilə istehsal olunan məhsullarla bağlı güzəştlər tətbiq olunmalı, emal müəssisələrinin yaradılmasına xüsusi diqqət yetirilməli və bu emal müəssisələrinə güzəştlər tətbiq edilməlidir.

Trend.az