Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı 38 faiz artıb

Posted by

Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı 38 faiz artıb

 

Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı 38 faiz artıb

Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı 38 faiz artıb

 

2013-cü ildə Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı 2012-ci illə müqayisədə 828 nəfər və ya 38,1 faiz artıb. Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Məlumata görə, 2013-cü ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 3 min nəfər gələn və 800 nəfər ölkədən gedən qeydə alınıb.

 

Məlumata görə, immiqrantların 33,7 faizini Rusiyadan, 5,3 faizini Ukraynadan, 4,4 faizini Qazaxıstandan gələnlər, emiqrantların isə müvafiq olaraq 49, 6 faizini, 7,8 faizini və 33,0 faizini həmin ölkələrə gedənlər təşkil ediblər.

 

Trend.az