“Azərbaycan özünü təsdiqləmiş gənc dövlət kimi Çexiyanın sadiq tərəfdaşıdır”

Posted by

"Azərbaycan özünü təsdiqləmiş gənc dövlət kimi Çexiyanın sadiq tərəfdaşıdır"“Azərbaycan özünü təsdiqləmiş gənc dövlət kimi Çexiyanın sadiq tərəfdaşıdır”

"Azərbaycan özünü təsdiqləmiş gənc dövlət kimi Çexiyanın sadiq tərəfdaşıdır"

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti dekabrın 4-dən Çexiya Respublikasında rəsmi səfərdədir.

 

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 5-də parlamentin sədri O.Əsədov Çexiya Prezidenti Miloş Zemanla görüşüb. Prezident xüsusilə qeyd edib ki, Azərbaycan özünü təsdiqləmiş gənc dövlət kimi Çexiyanın sadiq tərəfdaşıdır.

 

Görüş zamanı ölkələrimiz arasındakı əlaqələr, bu əlaqələrin daha da inkişaf etdirilməsi, qanunverici orqanlarımızın bu sahəyə verdiyi töhfələr və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb. Söhbətdə qeyd olunub ki, ölkə başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər münasibətlərimizin daha da genişlənməsinə təkan verir.

 

Elə həmin gün nümayəndə heyətimizin üzvləri Çexiyanın Deputatlar Palatasında və Senatda olublar. Deputatlarımız bu ölkənin qanunverici orqanlarının fəaliyyəti ilə yaxından tanış olaraq, onları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

 

Milli Məclisin sədri O.Əsədov Deputatlar Palatasının sədri Yan Hamaçek və Senatın sədri Milan Ştexlə də görüşüb. Görüşlər zamanı parlamentlərarası əlaqələrin hazırkı səviyyəsi, gələcək inkişaf perspektivləri, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi, dostluq qruplarının fəaliyyətinin daha da gücləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Danışıqlar zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları barədə söhbətlər aparılıb.

 

Səfər çərçivəsində keçirilən tədbirlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputatlar Malik Həsənov, Çingiz Əsədullayev, Sədaqət Vəliyeva, Mahir Aslanov, ölkəmizin Çexiyadakı səfiri Fərid Şərifov və nümayəndə heyətinin digər üzvləri iştirak ediblər.

 

Trend.az