Azərbaycan Zaqrebdə keçirilən xeyriyyə yarmarkasında təmsil olunub

Posted by

Azərbaycan Zaqrebdə keçirilən xeyriyyə yarmarkasında təmsil olunubAzərbaycan Zaqrebdə keçirilən xeyriyyə yarmarkasında təmsil olunub

Azərbaycan Zaqrebdə keçirilən xeyriyyə yarmarkasında təmsil olunub

Dekabrın 7-də Azərbaycanın Xorvatiya Respublikasındakı səfirliyi Zaqreb şəhərində hər il ənənəvi olaraq təşkil edilən “İllik xeyriyyə yarmarkasında” iştirak edib.

 

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə Xorvatiyada akkreditə olunmuş diplomatik nümayəndəliklər, diaspora təşkilatları, qeyri-hökumət təşkilatları, yerli və xarici şirkətlər, hökumət nümayəndələri və Xorvatiya ictimaiyyəti iştirak edib.

 

Xorvatiyanın brinci xanımı Tatyana Yosipoviçin himayəsi ilə, Zaqreb Beynəlxalq Qadınlar Klubu tərəfindən təşkil olunan yarmarkada ölkəmiz üçün ayrılan stenddə xalça, kəlağayı, milli mədəniyyətimizi, maddi-mənəvi irsimizi, incəsənətimizi və adət-ənənələrimizi əks etdirən suvenirlər və 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları barədə məlumat nümayiş olunub, azərbaycanın turizm potensialı, mədəniyyəti və incəsənətinə dair kitab, jurnal və xəritələr, eləcə də digər vəsaitlər iştirakçılara paylanıb.

 

Qeyd edək ki, “İllik xeyriyyə yarmarkasının”ının keçirilməsinin məqsədi uşaqlara yardım üçün təsis olunmuş xeyriyyə fonduna töhfələrin verilməsi və ölkələr tərəfindən öz mədəniyyəti, incəsənəti, mətbəxi və adət-ənənələrinin təbliğ edilməsidir. 3000-dən çox qonağın qatıldığı tədbirdə Azərbaycanın stendi ən çox ziyarət olunan stendlərdən biri olub.

 

 

Apa/az