Azərbaycan yanvar-fevral aylarında avtomobil idxalını 6 faiz azaldıb
Azərbaycan 2014-cü ilin yanvar-fevral aylarında 13 162 ədəd avtomobil idxal edib. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu rəqəm 2013-cü ilin müvafiq dövründə 14 091 ədəd olub.
İdxal edilən avtomobillərin 11 998-i insanların daşınması üçün nəzərdə tutulmuş avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2013-ci ilin yanvar-fevralında bu göstərici 12 856 ədəd təşkil edib.
Azərbaycan 2013-cü ildə 104 385 ədəd avtomobil idxal edib. Bu rəqəm 2012-ci ildə 101 255 ədəd olub. İdxal edilən avtomobillərin 94 879-u insanların daşınması üçün nəzərdə tutulmuş avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2012-ci ildə bu göstərici 89 652 ədəd təşkil edib.
Bundan başqa, yanvarda ölkəyə 512 yük avtomobili idxal edilib. 2013-ci ilin eyni dövründə bu rəqəm 452-yə bərabər olub. Yanvarda idxal edilən avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələri olub.
2013-cü ildə ölkəyə 7823 yük avtomobili idxal edilib. 2012-ci ildə bu rəqəm 9433-ə bərabər olub.
Trend.az